Belarus hökumətinin siyasi opponentləri Avropa İttifaqında 15 min nəfərədək qondarma azadlıq ordusu hazırlayır.
Bunu MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə üçüncü konfransında Belarus Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Sergey Terebov deyib.
O, bəyan edib ki, düşmənin Belarusda hakimiyyəti ələ keçirmək üçün güc komponenti hazırlaması ölkənin milli təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu, ilk növbədə, Avropa İttifaqında Belarus azadlıq ordusu adlandırılan ordunun yaradılmasına aiddir.
“Hökumətin opponentlərinin fikrincə, o, NATO standartlarına uyğun formalaşmalı və ümumi qüvvəsi 9-15 min nəfər olan üç briqadadan ibarət olmalıdır”, – o deyib.












