Belarus Ədliyyə Nazirliyi “Belaya Rus” siyasi partiyasını dövlət qeydiyyatına alıb

“Belaya Rus” partiyası Belarus Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçib.

Bu barədə “BelTA” məlumat yayıb.

Mayın 2-də Ədliyyə Nazirliyində partiya rəhbərliyinə qeydiyyat şəhadətnaməsinin təqdim edilməsi ilə bağlı təntənəli mərasim keçirilib.

“Belaya Rus” siyasi partiyası 2007-ci ildən Belarusda fəaliyyət göstərən eyniadlı ictimai birliyin əsasında yaradılıb.

Martın 18-də partiyanın yaradılması ilə bağlı təsis qurultayı keçirilib. Onun yaradılması haqqında qərar ölkənin hər yerindən toplaşan təsis qurultayının 985 nümayəndəsi tərəfindən yekdilliklə qəbul edilib.

Oxşar xəbərlər