Belarus yanvarın 1-dək Krasnodarda Rusiyadakı səfirliyinin filialını açacaq. Bu barədə hökumətin qərarı milli hüquqi internet portalında dərc olunub.
Sənəddə bildirilir ki, Belarus Nazirlər Şurası 2024-cü il yanvarın 1-dək Krasnodarda respublikanın səfirliyinin filialının açılması barədə qərar qəbul edir.
Qərarda ölkənin Maliyyə Nazirliyinə Belarusun xaricdə diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin açılması və saxlanması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində Krasnodardakı səfirliyin filialının xərclərini maliyyələşdirmək tapşırılıb.
Mənbə: A Haber

