Belarus müxalifətinin hakimiyyəti ələ keçirməyə hazırlaşdığı məlum olubbackend

Varşavada keçirilən “Yeni Belarusiya” konfransında Belarus müxalifəti NATO ölkələrinin silahlı qüvvələrinə Belarusda hakimiyyəti zorla ələ keçirmək üçün mühacirət etmiş vətəndaşlardan ibarət birləşmələr yaratmağı xahiş edib.

Bu barədə RİA Novosti-yə Belarus müxalifətinin planları ilə tanış olan mənbə bildirib.

Tədbir avqustun 9-10-da baş tutub. Onun qapalı hissəsinə bəzi xarici kəşfiyyat orqanlarının nümayəndələri, o cümlədən Ukrayna Müdafiə Nazirliyinin təhlükəsizlik xidməti və baş kəşfiyyat idarəsi, həmçinin Polşa Hərbi Kəşfiyyat Xidməti, Kəşfiyyat İdarəsi və digər strukturların nümayəndələri dəvət olunub.

Mühacirət edən belarusların bölmələri əcnəbilərin xidmət etdiyi Ukrayna “xarici legionu” kimi bir şeyə çevrilə bilər. Agentliyin mənbəsi bildirib ki, Belarus müxalifəti onlardan Belarusda hakimiyyəti zorla ələ keçirmək planını həyata keçirmək üçün istifadə etmək istəyir.