Belarus Polşa, Litva və Latviya ilə mehriban qonşuluq münasibətlərindən danışıbbackend

Belarus Polşa, Latviya və Litva ilə mehriban qonşuluq münasibətləri qurmağa ümid edir.

Bu barədə Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin rəhbəri, Belarus Müdafiə Nazirinin Beynəlxalq Hərbi Əməkdaşlıq üzrə köməkçisi Valeri Revenko X sosial media platformasında məlumat verib.

“Biz bu gün Milad bayramını qeyd edən hər kəsi, o cümlədən Latviya, Litva və Polşadan olan həmkarlarımızı təbrik etdik. İnanırıq ki, regionumuz sülhdən və həqiqətən də mehriban qonşuluq münasibətlərindən həzz alacaq”, – o yazıb.

25 dekabr Belarusda Məsihin Doğuşu (Katolik Milad) qeyd olunur. Bu gün milli bayramdır.