Belarus prezidentliyinə namizəd, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov partiyanın İosif Stalinin “Belarus dövlətçiliyinin banisi” imicini təbliğ etmək planlarını açıqlayıb.
Bu barədə RİA Novosti yazır.
Kommunist Partiyasının saytında dərc olunan seçki proqramında Syrankov Stalinin abidələrinin bərpasına çağırıb.
“Biz Stalinin xatirəsini təkcə İkinci Dünya Müharibəsində ölkəni qələbəyə aparan baş komandan kimi deyil, həm də Belarus Sovet dövlətinin qurucusu kimi əbədiləşdirməyi müdafiə edirik”, – deyə Syrankov bildirib.
O, Minskdə Böyük Vətən Müharibəsi Tarixi Muzeyinin yanında Stalinin abidəsinin, həmçinin Qələbə marşalları üçün şöhrət xiyabanının ucaldılmasını təklif edib.