Belarus Ukrayna ilə sərhəddə insidentlərin azaldığını bildiribbackend

2025-ci ildə Belarus-Ukrayna sərhədində insidentlərin sayı əvvəlki illə müqayisədə təxminən 30% azalıb.

Bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin Birinci Baş İdarəsinin rəis müavini Vladimir Melniçenko STV televiziyasında məlumat verib.

O qeyd edib ki, sərhəddə mövcud vəziyyət narahatlıq doğurmur. Onun sözlərinə görə, Belarusun sərhəd orqanları Ukrayna ilə sərhədin inkişafına diqqəti artırır və Belarus prezidentinin göstərişinə uyğun olaraq qoşun hissələrini artırır.

Melniçenko bildirib ki, 2025-ci ildə Brest Sərhəd Qrupunda və Mozır Sərhəd Dəstəsində iki yeni sərhəd zastavası yaradılıb. Bundan başqa, bir neçə bölmənin ştat səviyyəsi artırılıb ki, bu da onun fikrincə, sərhəd təhlükəsizliyini lazımi səviyyədə saxlamağa imkan verir.