Belarus Ukraynaya sülhməramlı qüvvələr yerləşdirməyə hazırdırbackend

Belarus Ukrayna ərazisinə sülhməramlı qüvvələr yerləşdirməyə hazırdır. Bu barədə STV televiziyasına verdiyi müsahibədə Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığının Beynəlxalq Hərbi Əməkdaşlıq və Sülhməramlı Fəaliyyətlər Departamentinin rəisi Aleksey Skobey bildirib.

Onun sözlərinə görə, bu, müvafiq qərarı Belarus prezidenti Aleksandr Lukaşenko verərsə edilə bilər. Skobey əlavə edib ki, bu, Rusiya və Ukraynanın öz aralarında necə qərar qəbul etməsindən asılı olacaq. O qeyd edib ki, Belarus bu iki ölkənin xahişi ilə yardım göstərməyə hazırdır.

“Hər halda, tərəflərdən biri və ya digəri BMT-nin himayəsi altında olmasını istəyirsə, BMT-yə müraciət etməli və ərazidə sülhməramlı kontingentin yaradılmasına ehtiyac olduğunu bəyan etməlidir”, – Skobey sözünə davam edib.