Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya prezidenti Vladimir Putin Moskvaya səfəri zamanı Belarus-Rusiya münasibətlərində neft və qazla bağlı həll olunmamış məsələlərin həlli ilə bağlı göstəriş verib.
Bu barədə “İnterfaks” xəbər verir.
Onun sözlərinə görə, bütün məsələlər Putinlə təkbətək görüş zamanı, eləcə də daha geniş tərkibdə müzakirə olunub.
Lukaşenko vurğulayıb ki, həmçinin neft emalı məsələlərini yekunlaşdırmaq, eləcə də qiymət düsturunu hazırlamaq planlaşdırılır.
Belarus prezidenti vurğulayıb ki, Minsk keçən illə müqayisədə Rusiyaya daha az mal ixrac edib ki, bu da ciddi narahatlıq doğurur.