Belarus və Şimali Koreya dostluq müqaviləsi imzalayacaqbackend

Belarus və Şimali Koreya Prezident Aleksandr Lukaşenkonun Pxenyana rəsmi səfəri zamanı dostluq və əməkdaşlıq müqaviləsi imzalamağı planlaşdırır.

BelTA xəbər verir ki, bu barədə jurnalistlərə Belarusun xarici işlər naziri Maksim Rıjenkov məlumat verib.

O, bildirib ki, “Həm Belarus, həm də Koreya tərəfləri üçün maraq doğuran bir sıra sahələr var. Bunların hamısı ölkələrimizin liderlərinin imzalayacağı müvafiq dostluq müqaviləsində öz əksini tapıb”. O, bu müqavilənin iki ölkənin müvafiq nazirlikləri və qurumları arasında əlaqələrin əsasını təşkil edəcəyini qeyd edib.