Belarus vətəndaşları Litvaya səyahət edərkən risklərdən xəbərdar olmalıdırlar.
BELTA xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.
O, Litvada Belarus nömrəli avtomobillərə qoyulan qadağanın aradan qaldırılmasını belə şərh edib.
“Heç bir ciddi və ya uzunmüddətli zəmanət yoxdur, məsuliyyətli yanaşma da yoxdur. “Ən ciddi qərarlar hüquqi və əxlaqi-etik çərçivələr olmadan, müzakirələr və demokratik məhdudiyyətlər olmadan asanlıqla qəbul edilir” dedi Qlaz.