TASS xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyi nüvə silahının yerləşdirilməsi planlarını NATO ölkələrinin təcrübələri ilə müqayisə edib – Şimali Atlantika Alyansının üzvləri arasında birgə nüvə missiyaları var.
“Xüsusi döyüş sursatları olan təyyarələri idarə edə bilən belarus pilotlarının hazırlanması, bu cür təyyarələrin modernləşdirilməsi, o cümlədən nüvə başlıqlarının Belarus ərazisində onlara nəzarəti Minskə vermədən yerləşdirilməsi, habelə müvafiq texnologiyalara çıxış, heç bir şəkildə NPT-nin I və II maddələrinin müddəalarına zidd deyil”, – Belarus XİN-in bəyanatında deyilir.
Belarus Xarici İşlər Nazirliyi qeyd edib ki, oxşar qarşılıqlı fəaliyyət təcrübəsi NATO ölkələri arasında mövcuddur.
İctimai.az

