Belarus Silahlı Qüvvələrinin Qərb Əməliyyat Komandanlığının hərbi hissələri respublika ordusunun yoxlanılması çərçivəsində döyüş hazırlığı vəziyyətinə gətirilib, Müdafiə Nazirliyi məlumat verib.
Nazirlik bildirib ki, “Silahlı Qüvvələrin döyüş hazırlığı yoxlaması davam edir. Qərb Əməliyyat Komandanlığının hərbi hissələri döyüş hazırlığı vəziyyətinə gətirilib”.
Müdafiə Nazirliyinin məlumatına görə, mexanikləşdirilmiş briqadalardan birində nəqliyyat vasitələrinin qəbulu mərkəzi yaradılıb. Xalq təsərrüfatından olan nəqliyyat vasitələri bölmələrin istifadəsinə verilir. Bundan əlavə, bəzi nəqliyyat vasitələri anbardan çıxarılır.















