Belarusda qar yağışının nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün hərbçilər səfərbər edilibbackend

Belarus Silahlı Qüvvələrinin şəxsi heyəti ölkəni bürüyən qar fırtınasının nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün səfərbər edilib. Belarus Müdafiə Nazirliyi bu barədə Telegram kanalında məlumat verib.

Bəyanatda deyilir: “Silahlı Qüvvələr ölkə daxilində yaşayış məntəqələrində şəxsi heyətin, hərbi və ixtisaslaşdırılmış texnikanın işini əlaqələndirərək fövqəladə hallara cavab tədbirləri üçün xüsusi qrup yaradıb”.

Nazirlik əlavə edib ki, ordunun əsas vəzifəsi fırtınanın nəticələrinin aradan qaldırılmasında müəssisələrə kömək etməkdir. Nazirliyin məlumatına görə, hərbi qulluqçular artıq bütün qarnizonlarda işə başlayıblar.