Belarusda Rusiya Federasiyasından nüvə silahının tədarükü müddətinin prezidentlər tərəfindən müəyyən ediləcəyini bildiriblər

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib ki, Rusiya nüvə silahının ölkəyə tədarükü şərtlərini dövlətlərin liderləri Aleksandr Lukaşenko və Vladimir Putin müəyyən edəcək.

Bu barədə BELTA agentliyi məlumat yayıb.

“Bizim liderlərimiz, Rusiya Federasiyasının Ali Baş Komandanı və Belarus Silahlı Qüvvələrinin Ali Baş Komandanı qərar qəbul edəndə. Qərar onlarındır”, – Volfoviç bildirib.

İctimai.az

Oxşar xəbərlər