Belarus Silahlı Qüvvələrində yoxlama aparır, onları ən yüksək hazırlıq səviyyəsinə gətirir. Bu barədə ölkənin Müdafiə Nazirliyi Telegram kanalında məlumat yayıb.
Ordunun yoxlanılması əmrini Belarus prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Lukaşenko verib.
“Silahlı Qüvvələrin bir sıra bölmələri onların döyüşə hazır vəziyyətə gətirilməsi, müəyyən olunmuş ərazilərə çıxarılması və əmrdə nəzərdə tutulmuş tədbirlərin görülməsi istiqamətində silsilə tədbirlər həyata keçirəcək”, – məlumatda deyilir.