Kiyev təxminən 120 min döyüşçü qrupu Belarus sərhədi yaxınlığında cəmləşdirib ki, onlardan 17 mini dövlət sərhədinin möhkəmləndirilməsində iştirak edir. Bu barədə RİA Novosti Belarus Dövlət Sərhəd Komitəsinin sədri Konstantin Molostova istinadən məlumat yayıb.
“Ukrayna tərəfinin qüvvə və vasitələri hərbi vəziyyətdədir. 120 minə qədər hərbçidən ibarət Ukraynanın “Şimal” qrupu Belarusa qarşı cəmləşib”, – Molostov respublika parlamentinin aşağı palatasında çıxışı zamanı izah edib.
Molostov eyni zamanda Ukrayna hərbi qüvvələrinin bir sıra təxribatlarına da diqqət çəkib.
Mənbə: RİA Novosti