Belaruslu dünyanın üçüncü raketkası Olimpiadada iştirakdan imtina edibbackend

Dünyanın üçüncü raketkası, belaruslu tennisçi Aryna Sabalenka 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarını buraxmaq qərarına gəldiyini açıqlayıb. O, bu barədə Almaniyada keçirilən WTA-500 turnirində mətbuat konfransında bildirib.

Onun sözlərini X sosial şəbəkəsindəki TalkingTennisTT hesabı sitat gətirib.

O, qərarını sağlamlığının qayğısına qalmaq istəyi ilə əsaslandırıb.

“Məcburi turnirlərlə bağlı WTA qaydalarına görə Olimpiadada oynamayacağam. Nəyisə qurban vermək lazım gələcək və təəssüf ki, karyeramın bu mərhələsində mən Olimpiadanı qurban verməli olacam. Xüsusən də son bir ay ərzində qarşılaşdığım bütün problemləri nəzərə alsaq, sağlamlığıma diqqət etməliyəm”, – Sabalenka paylaşıb.

Mənbə: NTV Spor