Belarusun yeni baş naziri ölkənin iqtisadi kursunda dəyişiklikləri inkar edirbackend

Belarusun yeni baş naziri Aleksandr Turçin bəyan edib ki, ölkənin iqtisadi kursunda ciddi korreksiya gözləmək lazım deyil.

Onun sözlərini BELTA agentliyi yayıb.

“Ən başlıcası ölkəmizin davamlı və tarazlı inkişafını təmin etməkdir. Təbii ki, əsas diqqət insanlara, onların rifah halının yüksəldilməsinə, həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib. “Bunlar bizim işimizin əsas istiqamətləridir”, – deyə baş nazir qeyd edib.

Belarus prezidenti Aleksandr Lukaşenko martın 10-da Aleksandr Turçini ölkənin baş naziri təyin edib.