Qazaxıstan millisi 2026-cı il Dünya Kubokunun seçmə mərhələsinin doqquzuncu turunda Belçika millisi ilə heç-heçə etdi.
Qazaxıstanın Astana Arena stadionunda keçirilən matç 1-1 hesabı ilə başa çatdı. Qazaxıstan komandası hesabı doqquzuncu dəqiqədə Dastan Satpayevin vurduğu qolla açdı. Belçika ikinci hissənin əvvəlində Hans Vanakenin qolu ilə hesabı bərabərləşdirdi.











