Belçika Milli Təhlükəsizlik Şurası Çin TikTok tətbiqinin dövlət rəsmilərinin rəsmi telefonlarında istifadəsinə qadağa qoyub.
Bu barədə Politico yazır.
Belçikanın baş naziri Aleksandr de Krosun sözlərinə görə, bu qərar şirkətin Çin xüsusi xidmət orqanları ilə guya əməkdaşlıq etməsi fonunda qəbul edilib.
“Biz sadəlövh ola bilmərik: TikTok indi Çin kəşfiyyat agentlikləri ilə əməkdaşlıq etməyə borclu olan Çin şirkətidir” deyə de Cros bildirib.
Mənbə: BBC.com
İctimai.az

