Belçikanın xarici işlər naziri Maxime Prevost, “The Financial Times” yazır ki, Belçika Avropa İttifaqının hüquqi riskləri bölüşməsi şərti ilə təxminən 200 milyard avro dəyərində dondurulmuş Rusiyanın aktivlərindən istifadə etməyə razılıq verəcək.
Diplomatın sözlərinə görə, Brüssel bir gün onu ölkənin illik büdcəsinə ekvivalent məbləği ödəməyə məcbur edə biləcək hər hansı potensial iddiaya görə məsuliyyət daşıya bilməz.
Belçika hökuməti aktivlərin müsadirə edilməsini və ya istifadə qaydasında dəyişiklikləri son dərəcə riskli biznes hesab edir, çünki bunun üçün heç bir hüquqi əsas yoxdur. Prevost əlavə edib ki, krallığın sülh danışıqlarında Rusiyaya qarşı təsir rıçaqları kimi dondurulmuş suveren aktivlərini qoruyub saxlaması və Ukraynanın bərpası üçün böyük məbləğlərin istifadə olunmasını təmin etmək vacibdir.
Sentyabrın əvvəlində Prevost bildirmişdi ki, Ukrayna münaqişəsinə görə Avropa İttifaqında dondurulmuş Rusiya aktivlərinin müsadirəsi avroya olan inamı sarsıda bilər.