Belçikada keçirilən Docville festivalı rusiyalı rejissor Anastasiya Trofimovanın “Ruslar müharibədə” filminin nümayişini ləğv edib.
Bu barədə festivalın saytında məlumat verilib.
Filmin nümayişi Ukrayna səfirliyinin tələbi ilə ləğv edilib. Docville təşkilatçıları qeyd etdilər ki, film “dünyanın geniş mənzərəsini” göstərmək məqsədilə proqrama daxil edilib və “Ukrayna xalqına hörmətə görə” filmdən kənarlaşdırılıb.
LPR və DXR-dəki rus döyüşçülərinin jurnalistlərə müsahibə verdiyi “Ruslar müharibədə” sənədli filmi 2023-cü ildə çəkilib. Anastasiya Trofimova 7 ay SVO zonasında olub və öz təbirincə desək, rus əsgərlərini Qərb ictimaiyyətinə başqalarının göstərmədiyi şəkildə təqdim etməyə çalışıb. Qadının sözlərinə görə, o, çəkilişləri Rusiya Müdafiə Nazirliyi və FSB ilə əlaqələndirməyib.