Avropa İttifaqı Vaşinqtona güzəştə getməyə davam edərsə, ləyaqətini itirmək riski ilə üzləşir.
RİA Novosti agentliyinin məlumatına görə, Belçikanın Baş naziri Bart de Vever bu fikri Davos İqtisadi Forumunda çıxışı zamanı bildirib.
“Düşünürəm ki, Avropa yol ayrıcındadır. Əgər indi güzəştə getsək, ləyaqətimizi itirəcəyik”, – deyə siyasətçi bildirib.
O, qeyd edib ki, indiyə qədər Avropa Ağ Evin yeni sakinini “sakitləşdirməyə” çalışıb və tariflərə “çox yumşaq” yanaşıb. Lakin de Vever aydın şəkildə bildirib ki, indi qərar qəbul etməyin vaxtıdır.















