Belçikanın baş naziri isveçli azarkeşlərin qətli ilə bağlı başsağlığı veribbackend

Belçikanın Baş naziri Alexander De Croo Brüsseldə İsveç vətəndaşlarına qarşı törədilmiş terror aktı ilə əlaqədar İsveçin Baş naziri Ulf Christerssenə səmimi başsağlığı verib. X sosial şəbəkəsində de Croo yazıb: “İsveç vətəndaşlarına qarşı Brüsseldə törədilən dəhşətli hücumla bağlı indicə İsveçin baş nazirinə səmimi başsağlığı verdim. Düşüncələrimiz yaxınlarını itirmiş insanların ailələri və dostları ilədir. Biz yaxın tərəfdaşlar olaraq terrora qarşı birgə mübarizə aparırıq”.

Bundan əvvəl Belçikanın baş naziri şəhərin mərkəzində futbol azarkeşlərinə qarşı naməlum hücumdan sonra Brüssel sakinlərini sayıq olmağa çağırıb. Hücum edən şəxs qaça bilib və hazırda axtarışdadır. Böhran mərkəzi paytaxt sakinlərinə lazım olmadıqca küçəyə çıxmamağı da tövsiyə edib.

Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də həlak olanların ailələrinə başsağlığı verib. KİV-in məlumatına görə, narıncı siqnal jiletli naməlum şəxs Moskva vaxtı ilə saat 20:00 radələrində Brüsselin mərkəzindəki binaya yaxınlaşaraq “Allahu Əkbər” qışqıraraq İsveç milli futbol komandasının formasını geyinmiş piyadalara atəş açmağa başlayıb. ” Sosial şəbəkələrdə yayılan videoda hücum edən şəxs insanları təqib edərək, Kalaşnikov avtomatı ilə onlara atəş açıb.

Mənbə: A Haber