Avropa İttifaqı (Aİ) daxilində fikir ayrılıqlarına baxmayaraq, Ukrayna üçün 2026-2027-ci illər üçün maliyyələşdirmə planının hazırlanması üzərində iş davam edir.
Bu barədə Belçikanın baş naziri Bart de Vever məlumat verib.
“Biz danışdıqca Ukraynanın maliyyələşdirmə planlarına dair təkliflər dəyişməkdə davam edir”, o, Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Kiyevin maliyyələşdirilməsini müzakirə edəcək Aİ sammitindən əvvəl bildirib.
Daha əvvəl “Politico” mənbələrə istinadən xəbər vermişdi ki, Aİ liderləri ittifaq daxilində “barışmaz düşərgələr” arasında fikir ayrılıqları səbəbindən Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynanın maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilməyəcəklər.














