Belqorod vilayətində hava hücumundan müdafiə qüvvələri təyyarə tipli dronu məhv edibbackend

Ərazidə hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynaya məxsus pilotsuz uçan aparat vurulub. Bu barədə Belqorod vilayətinin başçısı Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

Qubernatorun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Belqoroda yaxınlaşarkən düşmənin təyyarə tipli pilotsuz uçuş aparatını vurub. Hazırda operativ xidmətlər yerlərdə fəsadlar barədə məlumatları dəqiqləşdirir.

Qladkov qeyd edib ki, mövcud ilkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.

Mənbə: Haber.com