Belqrad Avropa İttifaqı ilə “viza rejiminin uyğunlaşdırılması”nı elan edibbackend

Serbiya hakimiyyəti Rusiya ilə viza rejimi tətbiq edə bilər.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Tanyuq xəbər agentliyinin yaydığı bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi vurğuladı ki, Belqrad gələn ilin sonuna qədər Avropa İttifaqı ilə viza siyasətini uyğunlaşdıracaq. Bu, təşkilatın tamhüquqlu üzvü olmaq üçün lazımdır. Xarici İşlər Nazirliyi qeyd edib ki, Avropa İttifaqına daxil olmaq Serbiyanın xarici siyasətinin strateji prioritetlərindən biridir.

Avropa İttifaqının viza siyasətinin tələblərindən biri də Rusiya Federasiyası ilə viza rejiminin tətbiqidir.