Belqrad və Priştina Kosovo üçün nizamlanma planını qəbul etdilərbackend

Avropa İttifaqının (Aİ) Belqrad və Priştina arasında dialoq üzrə xüsusi nümayəndəsi Miroslav Layçak Kosovo nizamlanması planını hər iki tərəfin qəbul etdiyini açıqlayıb.

Bu barədə RTS məlumat yayıb.

Onun sözlərinə görə, fevralın 27-də Brüsseldə görüş keçirilib və bu görüşdə Aİ-nin saytında dərc olunmuş təklifin mətninin müzakirəsinə artıq ehtiyac olmadığı barədə razılıq əldə olunub. Eyni zamanda, onun sözlərinə görə, “tərəflər arasında inam zəifdir və hər iki tərəf zəmanət tələb edir”.

Layçak vurğulayıb ki, Aİ-nin əsas məqsədi təklifin tam icrası ilə bağlı razılığa gəlməkdir.

Mənbə: Gazeta.ru

İctimai.az