Cennifer Lopezin əri Ben Afflek yenidən keçmiş həyat yoldaşı Cennifer Qarnerlə gəzərkən görüntülənib. Bu barədə Daily Mail məlumat yayıb.
Aktyorlar Santa Monikada birlikdə əylənərkən görüntüləniblər. Jurnalistlərin qeyd etdiyi kimi, Cennifer Qarner Ben Afflek onun çiyninə vurmağa başlayana qədər “kədərli görünürdü”. Paparassilər həmin anı kameraya çəkə bilib. Aktyorun həyat yoldaşı Cennifer Lopez ayrılıq xəbərlərinə hələlik münasibət bildirməyib.
Sentyabr ayında Cennifer Lopezin əri Ben Afflekə keçmiş həyat yoldaşı Cennifer Qarnerlə münasibətlərini düzəltməyə kömək etdiyi bildirilmişdi. Daily Mail ilə söhbətindəki mənbə qeyd etdi ki, Afflekə Qarnerlə münasibətlərini düzəltməyə kömək edən Lopez olub və yenidən ünsiyyət qurduqlarına görə çox xoşbəxtdir.
Mənbə: Daily Mail















