Benzemanın Real Madrid bazasına niyə gəldiyi məlum olubbackend

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun fransalı hücumçusu Kərim Benzema zədəsini sağaltmaq üçün “Real Madrid”in bazasına gəlib.

Bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə danışıb.

Kral klubu fransalıya sağalmağa kömək edəcək. Bunun üçün “Əl-İttihad” “Real Madrid”ə təşəkkür edib.

Benzema 2023-cü ilin iyununda “Əl İttihad”a keçib. Bu mövsüm hücumçu liqada 21 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.

Benzema son 14 ildir “Real Madrid”də çıxış edib. Forvard dörd dəfə İspaniya çempionu olub, üç dəfə İspaniya kubokunun qalibi olub, beş dəfə Çempionlar Liqasının qalibi olub.

Mənbə: TRT Spor