Bərdədə kütləvi davada ölən və yaralananların adları bilindibackend

Bərdə rayonunda baş verən kütləvi davada yaralanan şəxslərin kimliyi məlum olub.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehtizadə Oxu.Az-a açıqlamasında bildirib ki, üç nəfər yaralanıb:

“Onların vəziyyətləri ağır qiymətləndirilir. Yaralılar Şəmkir rayon sakinləri – 1984-cü il təvəllüdlü Bağırov Rauf Qalib oğlu, 1991-ci il təvəllüdlü Əzizov Nicat Allahverdi oğlu və 1994-cü il təvəllüdlü Abbasov Adıgözəl Cənnətəli oğludur”.

İctimai.az