Berlində Sovet Himnini ifa edən musiqiçi saxlanılıbbackend

Berlində küçə musiqiçisi SSRİ himnini ifa etdikdən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə RT məlumat yayıb.

Xəbər verdiyimiz kimi, Berlin hakimiyyəti 2025-ci il mayın 8 və 9-da Treptower Park, Tiergarten və Pankovda yerləşən sovet memoriallarının ərazisində Rusiya bayraqlarının və simvollarının istifadəsinə məhdudiyyətlər qoyub. Qadağaya ənənəvi olaraq Qələbə Günü və nasizmdən qurtuluşla bağlı atributlar, o cümlədən Qələbə Bayrağı, SSRİ bayrağı, Müqəddəs Georgi lenti, İkinci Dünya Müharibəsindən qalan sovet əsgərlərinin geyim forması, həmçinin sovet mahnıları və marşları daxil edilib.