Beş ABŞ konqresmeni Baydendən F-16 qırıcılarını Ukraynaya təhvil verməsini istəyib

Həm Respublikaçı, həm də Demokratik partiyaları təmsil edən beş konqresmen ABŞ prezidenti Co Baydendən Ukraynaya F-16 qırıcıları göndərməyi xahiş ediblər.

Bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.

“Bu cür təyyarələrin verilməsi Ukraynaya öz hava məkanını qorumağa kömək etmək üçün lazımdır, xüsusən də Rusiyanın hücum əməliyyatlarının bərpası və hərbi əməliyyatların gözlənilən artması fonunda”, – deputatlar bildiriblər.

Mənbə: TASS

İctimai.az

Oxşar xəbərlər