“BEST MODEL OF AZERBAIJAN 2022” müsabiqəsinin favorilərindən sayılan Rüfanə Kamilova – FOTOLARbackend

“Best Model of Azerbaijan 2022” müsabiqəsi 28.06.2022-ci il tarixində yarışmanın Milli Direktoru Elxan Paşayevin təşkilatçılığı ilə start götürüb.

7 ildir ki, ölkə üzrə müxtəlif müsabiqələrə təşkilatçılığı Elxan Paşayev edir və bu il keçirilən yarışma ötən illərə nisbətən daha maraqlı, rəngarəng və bu günə qədərki yarışmalardan daha yüksək səviyyədə keçirilir.
Bəs görəsən mediadan böyük dəstək görən bu yarışmanın builki qalibi kim olacaq?
“Venera models agency”nin proffesional modellərindən biri olan Kamilova Rüfanə builki “Best Model of Azerbaijan” müsabiqəsinin favorilərindən sayılır. Həm yerli, həm xarici dizaynerlərlə əməkdaşlıq edən model 2010-cu ildən bu işlə məşğuldur. Ən güclü iştirakçılardan olan Rüfanə “BEST MODEL OF AZERBAIJAN 2022”nin qalibliyinə namizəddir. O, 1993-cü il təvəllüdlüdür, boyu 174 sm, çəkisi 53 kq-dır.
Qeyd edək ki, “Best Model of Azerbaijan” müsabiqəsinin məqsədi bu yarışmada iştirak edən azərbaycanlı modellərə dünya podiumlarına çıxa bilmələri üçün köməklik göstərmək və Azərbaycanın professional modellərini ölkədən kənarda nümayiş etdirərək, Azərbaycanın adını bu sferada da tanıtmaqdır.