Bəyanatın hər bir bəndi Azərbaycanın mənafelərinə tam uyğundurbackend

“Güc yolu ilə azad edilmiş Xocavənd rayonunun böyük hissəsində və Xocalı rayonunun bir hissəsində ermənilər yaşaya bilməz”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib. 

O bildirib ki, ermənilər üçün yaşaya biləcəkləri çox kiçik sahə qalır ki, bu, Xankəndi şəhəri, Xocalı rayonunun (Qəsəbə) bir hissəsi və Xocavənd rayonunun çox az bir hissəsidir:

“Ermənilər bu ərazidə Azərbaycan vətəndaşlığını qəbul etdiyi üçün Azərbaycan dilində danışmağa məcbur ediləcək və təhsil Azərbaycan dilində aparılacaq, Azərbaycan manatı dövriyyəyə buraxılacaq, bütün şərtləri diktə edən tərəf Azərbaycan tərəfi olacaq və maddi-mənəvi mədəniyyət nümunələrimizin, eyni zamanda ictimai asayişin qorunmasına Azərbaycan polisi nəzarət edəcək və Qarabağa heç bir status verilmədiyinə görə digər rayonlarımızda olduğu kimi burada da Azərbaycan qanunları işləyəcək. Bundan sonra Azərbaycan ərazi bütövlüyü çərçivəsində bütün şərtləri diqtə edən tərəf olaraq məcburi köçkünləri geri qaytararaq demoqrafik balansı öz xeyrinə dəyişəcək, ərazidə fəaliyyət coğrafiyası, fəaliyyət qaydaları və müddəti Azərbaycanla razılaşdırılacaq, Azərbaycan bütün strateji yüksəkliklərə, yollara tam nəzarət edəcək. Həmçinin Azərbaycan-Ermənistan arasında 200 km-lik sərhəd Azərbaycan Sərhəd Xidmətinin nəzarətində olacaq, Ermənistanla Qarabağ arasında əlaqə yalnız Laçın koridorunun yanından keçəcək 5 km-lik koridor vasitəsilə mümkün olacaq və bu keçid məntəqəsinə də Azərbaycan nəzarət edəcək. Yalnız bu şərtlər daxilində ermənilər bu ərazilərdə qala bilər. Bizim şərtlərimiz çərçivəsində isə ermənilərin özlərini nə dərəcədə alçaldaraq bunları qəbul etməsi təbii ki onların bu ərazidə uzun müddətə qala bilmiyəcəklərindən xəbər verir. 

Dünən artıq qardaş Türkiyə və Rusiya arasında birgə monitorinq barədə saziş imzalandı, bununla da Türkiyə Qarabağda Ermənistanın hərbi qüvvələrinin çıxarılması prosesini yaxından monitorinq edəcək.