Böyük Britaniya və Almaniyadan olan beynəlxalq alimlər qrupu medial prefrontal korteksin zədələnməsi (mPFC) və artan impulsivlik, həmçinin başqalarının impulsiv davranışını kopyalamaq meyli arasında əlaqə tapıb. Tədqiqat PLOS Biology elmi jurnalında dərc olunub.
Komanda beyin zədəsi olan insanlar da daxil olmaqla 121 iştirakçının davranışını təhlil edib. Təcrübənin bir hissəsi olaraq onlardan dərhal, kiçik mükafat və ya gecikmiş, lakin daha qiymətli mükafat arasında seçim etmələri istəndi. Daha sonra onlara digər insanların hansı varianta üstünlük verdiyi göstərildi: impulsiv və ya səbirli.
Məlum olub ki, dorsomedial mPFC-nin zədələnməsi insanı başqalarının impulsiv qərarlarına daha həssas edir.
Ventromedial sahənin zədələnməsi xarici təsir olmadan belə ümumi impulsivliyi artırır.
Sağlam iştirakçılar və beynin digər nahiyələri zədələnmiş insanlar daha təmkinli davranış nümayiş etdiriblər.