Beyləqanda ağır qəza: Ölən varbackend

Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində “Lexus” və BMW markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Vurğulanıb ki, BMW markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.