Beyləqanda avtomobil rayonun simvolik giriş qapısına çırpılıbbackend

Beyləqan rayonunda dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İctimai.az xəbər verir ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini rayonun rəmzi giriş darvazasına çırpıb.

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qazax rayon sakini Həmid İsrail oğlu Abdullayev, 1997-ci il təvəllüdlü İsmayıllı rayon sakini Rəşad Rauf oğlu Quluzadə, 1997-ci il təvəllüdlü Yardımlı rayon sakini Ülvi Üzeyir oğlu Rzazadə, 1998-ci il təvəllüdlü Beyləqan rayon sakini Sabir Rasım oğlu Mövlamov yaralanaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.