Beyləqanda seçicilərlə görüşlər keçirilibbackend
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Şahin İsmayılovun Beyləqan şəhəri, Gəray Əsədov küçəsində, rayonun Milabad qəsəbəsində, Birinci Şahsevən və Dünyamalılar kəndlərində seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyasının bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlardan irəli gələn hədəflərlə getdiyini deyib.

Deputatlığa namizəd Şahin İsmayılov YAP-ın çoxşaxəli fəaliyyətindən, partiyanın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün daxili və xarici siyasətdən danışıb. Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikirlərini xatırladan deputatlığa namizəd həyata keçirilən siyasətin xalqın əmin-amanlığına, sosial rifahın artırılmasına yönəldiyini deyib.