Beyləqanda Şəhidlərin doğum günündə ailələri ziyarət olunub – FOTOLARbackend

22 mart 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşkilatın əməkdaşları və bir qrup ictimai-fəal gənc Vətən Müharibəsi nin qəhrəman şəhidləri – Beyləqan rayonunun Kəbirli kəndində doğulmuş Həsənzadə Famil Şiraslan oğlunun və rayonun Dünyamalılar kəndində doğulmuş Azadlı Eltac Sədrəddin oğlunun doğum günündə onların ailəsini ziyarət etdilər.

Təşkilatın əməkdaşları hər iki Şəhidin adını əbədiləşdirmək məqsədilə inşa edilmiş “Şəhidlər Bulağı” Kompleksini də ziyarət etdilər. Ziyarətçilər hər iki Şəhidin ailə üzvlərinin qayğıları ilə də maraqlanmışlar. Görüş zamanı, Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan və onların göstərdiyi qəhrəmanlıqlardan geniş söhbət açılmışdır. Səmimi söhbət əsnasında Şəhid ailələri onlara göstərilən xüsusi diqqət və qayğıya görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevə, eləcə də, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirdilər. Sonda Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının hədiyyələri Şəhid valideynlərinə təqdim edilib.