Beynəlxalq Buker Mükafatının qalibinin adı açıqlanıbbackend

Alman yazıçısı Cenni Erpenbek ingilis dilində yazılmış “Kairos” romanına görə nüfuzlu 2024-cü il Beynəlxalq Buker Mükafatına layiq görülüb. Bu barədə Londonda keçirilən mükafatlandırma mərasimi zamanı məlum olub.

Bu mötəbər mükafatın münsiflər heyətinin sədri kanadalı yazıçı Eleanor Wachtel olub. Mərasimin yayımı mükafatın saytında yerləşdirilib.

Qalib 50 min funt sterlinq (təxminən 63,5 min dollar) məbləğində mükafat alır. Qaydalara uyğun olaraq, Erpenbek pul mükafatını kitabın ingilis dilinə tərcüməçisi, alman şairi Michael Hofmannla bölüşməyə borcludur.

Mənbə: Haber.com