“5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə “Loqos” Psixoloji və Nitq Mərkəz, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi və “Təhsildə İnkişaf”ın təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbiri açıq elan edən “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədr müavini Rəşad Bayramov müəllimləri təbrik edib, fəaliyyətlərində uğurlar diləyib.
Çıxış edən “Təhsildə İnkişaf” layihəsindən Seyda Kərimova və Aytəkin Pənahova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar diləyib.
“Loqos” Psixoloji və Nitq Mərkəzinin Təlim-tədris şöbəsinin rəhbəri, Günel Axundova müəllimlər üçün psixoloji təlim keçib.
Sonda peşə bayramı münasibətilə tədbirdə iştirak edən müəllimlərə sertifikatlar, aktiv fəaliyyəti ilə seçilən pedaqoqlara nominasiyalar təqdim olunub.














