“Beynəlxalq müstəvidə Azərbaycan – Çin əlaqələri” mövzusunda onlayn dəyirmi masa təşkil edilibbackend

Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlər və regionşünaslıq” fakültəsi dekanlığının, “Magistratura” şöbəsinin və “Beynəlxalq münasibətlər” kafedrasının təşkilatçılığı ilə “Beynəlxalq müstəvidə Azərbaycan – Çin əlaqələri” mövzusunda onlayn dəyirmi masa təşkil edilib.

Tədbiri “Beynəlxalq münasibətlər və regionşünaslıq” fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli açıb.

Tədbirdə “Beynəlxalq münasibətlər” kafedrasının dosenti Samirə İmanova “Çin müasir beynəlxalq münasibətlər sistemində: yeni çağırışlar”, “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi Aysel Bağırova “Heydər Əliyev və Azərbaycan – Çin münasibətləri”, “Beynəlxalq münasibətlər və regionşünaslıq” fakültəsinin magistrləri Selcan Əlibəyova “Çin-Azərbaycan münasibətləri: tarix və müasirlik” və Əminə Şıxəliyeva “Mədəniyyətlərarası dialoq: Çin və Azərbaycanı birləşdirən vasitə” mövzularında çıxış ediblər.

Tədbir məruzəçilərin çıxışlarından sonra aktiv müzakirə formasında davam edərək yekunlaşıb.