Beyons və Cey Zi Malibu malikanəsi üçün nağd pul ödəyibbackend

Müğənni Beyons və reper əri Cey Zi yeni Malibu malikanəsi üçün 200 milyon dollar pul ödəyib.

Bu barədə TMZ öz mənbəsinə istinadən xəbər verir.

Ümumi sahəsi 2787 kvadratmetr olan malikanə sənət kolleksiyaçısı Uilyam Belldən alınıb. O, Kaliforniyanın ən bahalı evi hesab olunur və Sakit okeana baxan uçurumun üstündə yerləşir. Yapon memar Tadao Ando tərəfindən dizayn edilmişdir.

Kaliforniyada cütlük artıq 2017-ci ildə 88 milyon dollara alınmış Bel Air-də təxminən eyni ölçülü müasir malikanəyə sahibdir.Ora spa, kinoteatr, dörd açıq hovuz, səkkiz yataq otağı və 11 vanna otağı daxildir.

Mənbə: Gazeta.ru