Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İctimai.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Qaradağ rayonundakı “Sahil QTM”-də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar, sentyabrın 26-ı saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Qaradağ rayonu, Sahil qəsəbəsindəki istehlakçıların qaz təchizatında müvəqqəti fasilə olacaq.