Sabah İmişli rayonunun 19 və Biləsuvar rayonunun 11 yaşayış məntəqəsində qaz kəsiləcək.
“Report”un məlumatına görə, diametri PE 315 mm-lik “Qəsəbə” və diametri PE 225 mm-lik “Aranlı” ortatəzyiqli yeraltı daşıyıcı qaz kəmərlərində kipliyin sınağı məqsədilə 18 sentyabr saat 09:00-dan etibarən sınaq işləri yekunlaşana qədər İmişli rayonunun 19 kəndində və Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 qəsəbədə (ümumi 10 364 abonent) “Otuzikilər” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.