Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaqbackend

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

İctimai.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 23-də gecə və səhər saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1 000 metrədək məhdudlaşacağı ehtimalı var.