Biləsuvarda ata avtomobili ilə övladına xəsarət yetiribbackend

Biləsuvar rayonunda ata avtomobili ilə övladına xəsarət yetirib.

“Report”un məlumatına görə, hadisə nəticəsində 2018-ci il təvəllüdlü K.Yəhyayev ağır bədən xəsarətləri alıb.

Azyaşlı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.