Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Biləsuvar şəhərində “Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” adlı layihə çərçivəsində tədbir keçirilib.
07 oktyabr 2025-ci il tarixində Biləsuvar şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, “Loqos” Psixoloji və Nitq Mərkəzinin Lənkəran filialının baş psixoloqu Günel Əliyeva və psixoloq Sevər Abasova yeniyetmə və gənclər iştirak edib.
Tədbirin açılışında layihə rəhbəri Rəşad Bayramov çıxış edərək tədbirin məqsəd və vəzifələrini təqdim edib. Rəşad Bayramov eyni zamanda layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və gənclərə təqdim olunan “Gənclik və düşüncə” adlı kitabçanın əhəmiyyətini vurğulayıb.
Çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova və Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi layihənin əhəmiyyətindən bəhs edərək gənclərin sosial, psixoloji maarifləndirməsinin vacibliyini vurğulayıb, bu kimi tədbirlərin regionlarda keçirilməsini dəstəklədiyini bildirib və davamlı olmasını söyləyib.
“Loqos” Psixoloji və Nitq Mərkəzinin Lənkəran filialının baş psixoloqu Günel Əliyeva və psixoloq Sevər Abasova çıxış edərək gəncləri ən çox narahat edən sosial, psixoloji mövzularda öz fikirlərini bölüşüb və bu istiqamətdə mümkün həll yolları barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, layihə çərçivəsində Quba, Biləsuvar, Lənkəran, Beyləqan, Qazax, Gəncə şəhər və rayonlarında ümumilikdə 6 tədbirin keçirilməsi nəzərdə tutulur.